525.Az

Estoniyalıların Rusiya və Belarusdakı tədbirlərdə iştiraklarına qadağa qoyulacaq


 

Estoniyalıların Rusiya və Belarusdakı tədbirlərdə iştiraklarına qadağa qoyulacaq<b style="color:red"></b>

Estoniya hökuməti xarici işlər naziri Marqus Tsaxnanın ölkə sakinlərinin Rusiya və Belarusda keçirilən tədbirlərdə iştirakına qadağa tətbiq etmək təklifini dəstəkləyib.

525.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

“Qadağaları pozanları cərimə və ya beş il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir”, - xəbərdə deyilir.

Qeyd olunub ki, hakimiyyət bu cür tədbirlərə yardım və dəstəyi qadağan etməyi planlaşdırır. Təşəbbüs Estoniya xalqını “düşmən təsirlərdən” qorumaq məqsədi daşıyır.

Pərvanə Sultanova

 





19.12.2024    çap et  çap et