525.Az

Estoniyalıların Rusiyada keçirilən tədbirlərdə iştirakı qadağan edilə bilər


 

Estoniyalıların Rusiyada keçirilən tədbirlərdə iştirakı <b style="color:red"> qadağan edilə bilər</b>

Estoniyalı gənclərin Rusiya və Belarusda keçirilən tədbirlərdə iştirakına qadağa qoyula bilər.

525.az ERR-ə istinadən xəbər verir ki, bu təkliflə Estoniyanın xarici işlər naziri Marqus Sahkna çıxış edib.  

Təşəbbüs dəstəklənərsə, qadağa həm Estoniya vətəndaşlarına, həm də ölkədə yaşamaq icazəsi olan insanlara şamil ediləcək.

Estoniya XİN rəhbəri bildirib ki, Rusiya mədəniyyət, gənclər və idman da daxil olmaqla “öz hekayəsini yaymaq yollarını axtarır”.

Sahkna vurğulayıb ki, onun təklif etdiyi sanksiyalar gənclərə və uşaqlara deyil, hadisələrin təşkilatçılarına və onları dəstəkləyənlərə yönəlib.

İbrahim Cəfərov

 





19.12.2024    çap et  çap et