"Bavariya" qapıçısı Manuel Noyerlə yeni müqavilə imzalayacaq.
QOL.az insayder Fabrizio Romanoya istinadən xəbər verir ki, məlumatı Almaniya klubunun idman direktoru Maks Eberl təsdiqləyib. 38 yaşlı qapıçı ilə 2026-cı ilin yayına qədər müqavilə imzalanacaq.
M. Eberl deyib: "Danışıqlar doğru yoldadır. Bəzi detalları aydınlaşdırmaq qalıb. Əminəm ki, bu edildikdə, hər iki tərəf xoşbəxt olacaq".
Qeyd edək ki, Manuel Noyer "Bavariya"ya 2011-ci ildən "Şalke"dən transfer olunmuşdu. O, hazırda ilin sonuna qədər zədə səbəbindən sıradan çıxıb.
çap et