525.Az

İƏT Ermənistanın işğal edilmiş ərazilərdən çıxmasını tələb etdi


 

İƏT Ermənistanın işğal edilmiş ərazilərdən çıxmasını tələb etdi<b style="color:red"></b>

Cibuti Respublikasının paytaxtı Cibuti şəhərində 15-17 noyabr tarixlərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu Sessiyasının sonunda Cibuti Bəyannaməsi qəbul edilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, Bəyannamədə üzv ölkələrin Ermənistan Azərbaycan münaqişəsi ilə bağlı mövqeyi əks olunub.

Bəyannamədə Ermənistanın Azərbaycana qarşı təcavüzü pislənilir və Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılması tələb edilir. Eyni zamanda konfrans zamanı siyasi qətnamələr arasında Ermənistanın Azərbaycana qarşı təcavüzü, iqtisadi qətnamələr arasında Azərbaycana iqtisadi yardımın göstərilməsi, mədəni-ictimai qətnamələr arasında isə Ermənistanın Azərbaycana təcavüzü nəticəsində işğal edilmiş Azərbaycan torpaqlarında İslam tarixi və mədəniyyətinə aid abidələrin dağıdılması və təhqir edilməsi ilə bağlı qətnamələr qəbul edilib.

 





19.11.2012    çap et  çap et