525.Az

“Suriyanın yeni hakimiyyətinin terrorla mübarizədə köməyə ehtiyacı var” - Ərdoğan


 

“Suriyanın yeni hakimiyyətinin terrorla mübarizədə köməyə ehtiyacı var” - <b style="color:red"> Ərdoğan</b>

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Suriyanın yeni hakimiyyəti terrorla mübarizədə tək qala bilməz.

525.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə o, Misirdən qayıdarkən jurnalistlərə müsahibəsində deyib.

"Suriyanın yeni administrasiyasının kömək ehtiyac duyduğu bir çox aspektlər var. Bu ehtiyaclar kontekstində onlara dəstək olacağıq. Xüsusilə də İŞİD-lə mübarizədə onları tək qoymaq olmaz. Bu məsələdə lazım olan hər şeyi edəcəyik. Ümid edirik ki, xarici işlər nazirimiz Hakan Fidan tezliklə Suriyaya gedəcək və onlar qarşılıqlı yeni birgə struktur quracaqlar”, - deyə Ərdoğan bildirib.

İbrahim Cəfərov

 





20.12.2024    çap et  çap et