525.Az

Azərbaycanın FIFA referisi I kateqoriyaya yüksəlib


 

Azərbaycanın FIFA referisi I kateqoriyaya yüksəlib<b style="color:red"></b>

Azərbaycanın beynəlxalq dərəcəli hakimi Elçin Məsiyev FIFA-da I kateqoriyaya yüksəlib.

525.az xəbər verir ki, 33 yaşlı referi beynəlxalq oyunlarda yüksəksəviyyəli idarəçiliyinə görə bu kateqoriyaya layiq görülüb.

O, müstəqillik dövründə bu pilləyə yüksələn ikinci azərbaycanlı hakimdir. Daha əvvəl Əliyar Ağayev bu uğura imza atıb. (AZƏRTAC)

 





20.12.2024    çap et  çap et