525.Az

271 min miqrant ABŞ-dən çıxarılıb


 

271 min miqrant ABŞ-dən çıxarılıb<b style="color:red"></b>

2024-cü il sentyabrın 30-a kimi ABŞ İmmiqrasiya və Gömrük Xidmətinin əməkdaşları 192 ölkədən gəlmiş 271 min 484 miqrantı ölkədən çıxarıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə idarənin maliyyə ili hesabatında göstərilib.

"Qırmızı işığa düşən" gəlmələrin 88 min 763-ünün və ya 32,7 faizinin keçmişdə qanunla bağlı problemləri olub.

Ötən illə müqayisədə ölkədən çıxarılan miqrantların sayı 2 dəfə artıb. Maraq üçün bildirək ki, 2023-cü maliyyə ilində ABŞ-ı tərk edən miqrantların sayı 142 min 580 nəfər təşkil edib.

Qeyd edək ki, bu,  son 10 ildə ən yüksək göstəricidir. 2014-cü ildə təxmini 316 min miqrant ABŞ-dən qovulmuşdu.

L.Tağıyeva

 





21.12.2024    çap et  çap et