525.Az

Azərbaycan-Ermənistan sərhədində 3 zəlzələ olub


 

Azərbaycan-Ermənistan sərhədində 3 zəlzələ olub<b style="color:red"></b>

Azərbaycan-Ermənistan sərhəddində güclü zəlzələ baş verib.

525.az-a bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan məlumat verilib.

Bildirilib ki, yerli vaxtla saat 03:01-də qeydə alınan yeraltı təkanların maqnitudası 4,8 olub. Zəlzələ ocağı 9 kilometr dərinlikdə yerləşib.

Ardınca Azərbaycan-Ermənistan sərhədində daha iki zəlzələ qeydə alınıb. 

Bu barədə Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla saat 03:03-də yerin 10 kilometr dərinliyində maqnitudası 3 olan zəlzələ baş verib. Zəlzələ hiss olunmayıb. Daha sonra saat 03:07-də 12 kilometr dərinlikdə maqnitudası 3,8 olan üçüncü zəlzələ olub.

Zəlzələ episentrdə 4 bala qədər hiss olunub.

 





21.12.2024    çap et  çap et