525.Az

Müəllimlərin sıxlığı problemi yaşanır


 

Müəllimlərin sıxlığı problemi yaşanır<b style="color:red"></b>

“Bakıda müəllimlərin sıxlığı problemi mövcuddur. Paytaxt məktəblərində daha çox sıxlıq ingilis dili, Azərbaycan dili və ədəbiyyat fənni müəllimləri üzrə yaşanır”.

525.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin müdiri Fərzəli Qədirov jurnalistlərə açıqlamasında deyib.

F.Qədirov qeyd edib ki, ibtidai sinif müəllimləri ilə bağlı problem artıq müəyyən qədər həll olunub:

“Əvvəllər heç bir dərsi olmayan çoxlu sayda ibtidai sinif müəllimi var idi. Amma bu il Bakıda qəribə hal yaşandı. Belə ki, I sinfə qəbul olan uşaqların sayı 3 minə yaxın artdığı üçün ibtidai sinif müəlliminə ehtiyac yarandı. Hətta əlavə müəllimlər arasından seçim etdik. Bununla da mövcud problem nisbətən həll olundu”.

O deyib ki, hazırda paytaxtın bəzi məktəblərində ingilis dili və Azərbaycan dili və ədəbiyyat müəllimləri arasında sıxlıq var.

S.QARAYEVA

 





19.11.2012    çap et  çap et