525.Az

Türkiyə ordusu Suriyada altı terrorçunu məhv etdi


 

Türkiyə ordusu Suriyada altı terrorçunu məhv etdi<b style="color:red"></b>

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında yeni əməliyyat keçirib.

525.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, "Fərat qalxanı" və "Barış Pınar"ı bölgələrində keçirilən əməliyyat nəticəsində PKK/YPG terror təşkilatının altı üzvü öldürülüb.

Nazirlik terrorçulara qarşı mübarizənin davam edəcəyini bildirib.

 





22.12.2024    çap et  çap et