2023-cü ilin oktyabrında anklavda hərbi əməliyyatlara başlayandan bəri İsrailin Qəzza zolağında keçirdiyi hərbi əməliyyatlar nəticəsində 45,2 mindən çox fələstinli həlak olub, 107,6 mindən çoxu isə yaralanıb.
525.az APA-ya istinadən xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi öz "Telegram" kanalında məlumat yayıb.
“2023-cü ilin oktyabr ayından etibarən İsrail ordusunun Qəzzada keçirdiyi əməliyyatların qurbanlarının sayı 45 259 nəfərə yüksəlib, daha 107 627 nəfər yaralanıb” – məlumatda qeyd edilir.
Qəzza Səhiyyə Nazirliyi onu da bildirir ki, son 24 saat ərzində İsrailin anklavı atəşə tutması nəticəsində 32 nəfər ölüb, daha 54 nəfər yaralanıb.
çap et