525.Az

Çin Kanadaya qarşı sanksiyalar tətbiq edib


 

Çin Kanadaya qarşı sanksiyalar tətbiq edib<b style="color:red"></b>

Çin Sintzyan-Uyğur və Tibet Muxtar Bölgələri ilə bağlı fəaliyyətlərinə görə Kanadanın iki şirkətinə qarşı sanksiya tətbiq edib.

525.az "Report"a istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin saytında müvafiq məlumat dərc olunub.

Bu təşkilatların ÇXR-dəki əmlakının dondurulacağı, Çin şirkətləri və fiziki şəxslərin onlarla əməkdaşlıq etməsinə qadağa qoyulacağı bildirilir.

Eyni məhdudiyyətlər bu şirkətlərin işçilərinə də şamil olunacaq və onların Çinə girişi qadağan ediləcək.

 





22.12.2024    çap et  çap et