525.Az

Tbilisidə etiraz aksiyası bərpa edilib


 

Tbilisidə etiraz aksiyası bərpa edilib<b style="color:red"></b>

Tbilisidə parlament binasının qarşısında etiraz aksiyası bərpa edilib.

525.az APA-ya istinadən xəbər verir ki, Rustaveli prospekini bağlayan etirazçılar hakim “Gürcü Arzusu” partiyası əleyhinə müxtəlif şüarlar səsləndirirlər.

Bəzi aksiya iştirakçıları binanın töhlükəsizkiyi üçün quraşdırılmış dəmir hasarları döyəcləyirlər. Polis Prezident Salome Zurabişvilinin çıxışı üçün nəzərdə tutulan səhnə avadanlığının Rustaveli prospektinə gətirilməsinə icazə vermir.

Salome Zurabişvili bir qədər əvvəl Orbeliani meydanında Yeni il qəsəbəsində quraşdırılmış səhnədən aksiya iştirakçılarına müraciət edərək saat 21:00-da çıxış edəcəyini bildirib.

 





22.12.2024    çap et  çap et