https://525.az/img/pics/medium/2026-06/393838_dmcyqyhtec.jpg İllər qaçır, dalınca sən...
https://525.az/img/pics/medium/2026-03/384663_d6g5mtl3u2.jpg Ceyhun Bayramov Yaponiyaya səfər edib
https://525.az/img/pics/medium/2026-06/392905_pdf6vdqx1r.jpg Bizim uşaqların zəfəri - Əbülfəz Süleymanlı yazır
https://525.az/img/pics/medium/2026-06/393687_y4741ln6yp.jpeg Söz divanəsi - Sabir Rüstəmxanlı yazır
search
9 İyun 2026

“Neftçi”dən antirekord

“Neftçi”dən antirekord

“Neftçi” Misli Premyer Liqasının 2024/25 mövsümündə səfər qələbəsi qazanmayıb.

525.az PFL-in saytına istinadən xəbər verir ki, Bakı klubu 9 qarşılaşmada 5 heç-heçə edib və 4 dəfə uduzub.

“Ağ-qaralar” rəqib meydanında sonuncu dəfə ötən mövsümün son səfərində 3 xal qazanıb. Mayın 18-də “Səbail”lə görüşən “Neftçi” üç cavabsız qol vurub.

Ardınca “Səbail” (1:1), “Araz-Naxçıvan” (1:1), “Şamaxı” (0:0), “Zirə” (0:2), “Qarabağ” (0:4), “Kəpəz” (3:4), “Sabah” (0:0), “Sumqayıt” (0:2) və “Turan Tovuz”un (1:1) qonağı olan paytaxt təmsilçisi 9 matçdan ibarət qələbəsizlik seriyası yaşayıb. Bu, klubun tarixində yeni antirekorddur.

“Neftçi”nin səfərdəki ən uzun qələbəsiz oyunlar seriyası 8 matçdan ibarət idi. 2016-cı ilin avqustundan 2017-ci ilin fevralına qədər olan müddətdə 8 qarşılaşmada 1 heç-heçə və 7 məğlubiyyət qeydə alınıb.

Qeyd edək ki, “Neftçi” XVIII turda Tovuz səfərindən bir xalla dönüb – 1:1.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.