525.Az

Mbappe yeni il üçün hədəflərini açıqladı


 

Mbappe yeni il üçün hədəflərini açıqladı<b style="color:red"></b>

"Real"ın hücumçusu Kilian Mbappe 2025-ci il üçün hədəflərini açıqlayıb.

QOL.az AS-a istinadən xəbər verir ki, 26 yaşlı forvard çoxlu titullar qazanmaq istədiyini deyib: 

“Yeni ildə builki oyunumdan daha yaxşısını etməyi hədəfləmişəm. Çoxlu titullara sahib olmağı arzulayıram. Və əlbəttə ki, "Real"ın hər oyunundan həzz almağınızı istəyirəm”.

Qeyd edək ki, Mbappe bu yay PSJ-dən ayrıldıqdan sonra azad agent kimi "Real"a keçib. O, Madrid təmsilçisi ilə bütün turnirlərdə 23 matça çıxıb, 13 qol vurub və 3 qolun ötürməsini verib.

Fransalı futbolçu komandanın hücum xəttində kifayət qədər effektiv olmadığına görə tez-tez tənqid edilir. 

 





23.12.2024    çap et  çap et