525.Az

Həyat yoldaşı Bəşər Əsəddən boşanır?


 

 Həyat yoldaşı Bəşər Əsəddən boşanır?<b style="color:red"></b>

Bu barədə "The Jerusalem Post" qəzeti məlumat yayıb.

Nəşrin bildirdiyinə görə, Moskvadakı həyatından razı qalmayan Əsma Əsəd yerli məhkəmələrinin birinə boşanma ərizəsi ilə müraciət edib. O, həmçinin, Böyük Britaniyaya köçmək üçün icazə istəyib. Hazırda onun müraciətinə baxılır.

Qeyd edək ki, Əsma əl-Əxrəs 1975-ci ildə Londonda doğulub. 2000-ci ildə Suriyaya gedən xanım Bəşər Əsədə ərə gedərək onun soyadını götürüb. Cütlüyün bu izdivacdan 3 övladı dünyaya gəlib.

L.Tağıyeva

 





23.12.2024    çap et  çap et