525.Az

İraq Prezidenti Azərbaycan səfirini fəaliyyətinin başa çatması münasibətilə qəbul edib


 

İraq Prezidenti Azərbaycan səfirini fəaliyyətinin başa çatması münasibətilə qəbul edib<b style="color:red"></b>

İraq Prezidenti Əbdüllətif Camal Rəşid Azərbaycanın bu ölkədəki səfiri Nəsir Məmmədovu diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

525.az "Report"-a istinadən xəbər verir ki, bu barədə diplomat "X" hesabında paylaşım edib.

"İraq Prezidenti tərəfindən vida görüşü üçün qəbul edilməkdən şərəf duyuram. Mövcud və daim inkişaf edən Azərbaycan-İraq münasibətləri ilə bağlı yenidən fikir mübadiləsi aparmaqdan məmnun oldum", - səfir qeyd edib.

Xatırladaq ki, dekabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev İraqdakı səfir Nəsir Məmmədovun geri çağırılması ilə bağlı Sərəncam imzalayıb.

 





23.12.2024    çap et  çap et