Aleksandr Lukaşenko Belarusda keçiriləcək prezident seçkilərində namizəd kimi qeydə alınıb.
525.az xəbər verir ki, bu barədə BelTA ölkənin Mərkəzi Seçki Komissiyasına istinadən məlumat yayıb.
Seçkilərdə hazırkı dövlət başçısından başqa, daha 4 namizəd qeydə alınıb. Bunlar Əmək və Ədalət Respublika Partiyasının sədri Aleksandr Xijnyak, Belarus Liberal Demokrat Partiyasının rəhbəri Oleq Qaydukeviç, iş adamı Anna Kanopatskaya və Belarus Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Sergey Sırankovdur.
Bildirilir ki, Lukaşenkoya dəstək üçün 2,518 milyondan çox seçici imzası toplanıb. Qalan namizədlər üçün imzaların sayı 112 mindən 134 minə qədər dəyişir.
Qeyd edək ki, Belarusda prezident seçkiləri 2025-ci il yanvarın 26-da keçiriləcək.
İbrahim Cəfərov
çap et