525.Az

Qazaxıstan prezidenti AES tikintisini sürətləndirməyi tapşırıb


 

Qazaxıstan prezidenti AES tikintisini sürətləndirməyi tapşırıb <b style="color:red"></b>

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkənin energetika naziri Almasadam Satkaliyev ilə görüşündə ölkədə Atom Elektrik Stansiyasının (AES) tikintisi layihəsinin həyata keçirilməsinin sürətləndirilməsi ilə bağlı tapşırıq verib.

525.az xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Dövlət başçısı Qazaxıstanda iri neft-qaz və enerji layihələrinin həyata keçirilməsi, yanacaq-energetika kompleksinin inkişafı üzrə işlərin nəticələrini dinləyib.

“Prezident Qazaxıstanda atom elektrik stansiyasının tikintisi layihəsinin icrasının sürətləndirilməsinin vacibliyini qeyd edib”, - xəbərdə deyilir.

Tokayev, həmçinin istilik mövsümü ilə bağlı vəziyyətə və enerji infrastrukturunun modernləşdirilməsi üzrə layihələrin icrasına ciddi nəzarət etməyi tapşırıb.

Qeyd edək ki, Qazaxıstanda atom elektrik stansiyasının tikintisi ilə bağlı referendum oktyabrın 6-da keçirilib.

Pərvanə Sultanova

 





23.12.2024    çap et  çap et