525.Az

"Qarabağ" da planını açıqladı


 

"Qarabağ" da planını açıqladı<b style="color:red"></b>


“Qarabağ”ın qış hazırlıq planı müəyyənləşib.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Komanda 2024/25 mövsümünün ikinci yarısına hazırlığı Bakıda keçirəcək.

Misli Premyer Liqasının 18-ci turunun “Araz-Naxçıvan”la dekabrın 22-də baş tutan oyunundan (2:0) sonra istirahətə buraxılan futbolçular 2025-ci ilin yanvarın 3-də bir araya gələcəklər.

Ağdam təmsilçisinin hazırlıq prosesi “Azersun Arena”dakı təlim-məşq bazasında baş tutacaq.

Bakıdakı toplanış çərçivəsində iki yoxlama oyunu keçiriləcək. Komanda yanvarın 9-da “Kəpəz”, üç gün sonra “Zirə” ilə üz-üzə gələcək.

 





23.12.2024    çap et  çap et