525.Az

Şimali Amerikanın ən hündür dağının adı dəyişdirilə bilər


 

Şimali Amerikanın ən hündür dağının adı dəyişdirilə bilər<b style="color:red"></b>

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Şimali Amerikanın ən yüksək dağı olan Dinalinin adının dəyişdirilməsinə söz verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, 2015-ci ilə kimi MakKinli adlandırılan dağ Barak Obamanın prezidentliyi dövründə yerləşdiyi milli parka uyğun Dinali adlandırılıb.

Zirvəyə MakKinli adı isə 19-cu əsrin sonlarında 25-ci ABŞ prezidenti olmuş Uilyam MakKinlinin şərəfinə verilmişdi. Donald Tramp Uilyam MakKinlini dahi prezident adlandıraraq, dağa əvvəlki adının qaytarılmasının vacib olduğunu söyləyib.

Qeyd edək ki, Alyaskada yerləşən 6190 metr "boyu" olan Dinali iki demək olar ki, eyni hündürlüyə malik zirvəsinin olması ilə məşhurdur. 

L.Tağıyeva

 





23.12.2024    çap et  çap et