525.Az

Divarı deşib bankdan oğurluq etdilər


 

Divarı deşib bankdan oğurluq etdilər<b style="color:red"></b>

Hindistanda oğrular bankı divarını deşərək şəxsi seyflər yerləşən otağa daxil olublar.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Qucarat ştatının Surat şəhərində baş verib.

6 şəxsi seyfi sındıran oğrular oradan 900 min rupiyə yaxın pul (təxmini 10.300 dollar) və 571 qram qızıl-zinət əşyaları aparıblar. Dəymiş ziyan 4,5 milyon rupi və ya 50.300 dollardan çoxdur. 

Polis dərhal cinayətkarların axtarışına başlayıb. Yaxınlıqdakı ticarət mərkəzinin müşahidə kameralarının çəkilişlərini incələyən hüquq-mühafizə orqanlarının əməkdaşları itlərin köməyilə soyğunçuların izinə düşməyə çalışır.

L.Tağıyeva

 





23.12.2024    çap et  çap et