525.Az

Cənubi Afrika gimnastları Bakıda təlim-məşq toplanışı keçiblər


 

Cənubi Afrika gimnastları Bakıda təlim-məşq toplanışı keçiblər<b style="color:red"></b>

Cənubi Afrikanın bədii gimnastika üzrə “Klerksdorp School of Gymnastics” klubunun üzvləri Bakıda təlim-məşq toplanışında olublar.

525.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Hazırlıq prosesi Milli Gimnastika Arenasında gerçəkləşib.

Qeyd edək ki, dekabrın 5-də start götürən toplanış dekabrın 23-də başa çatıb.

 





24.12.2024    çap et  çap et