525.Az

Azərbaycan Sverdlovskla ticarət, investisiya əlaqələrini möhkəmləndirir


 

Azərbaycan Sverdlovskla ticarət, investisiya əlaqələrini möhkəmləndirir<b style="color:red"></b>

Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev və bu ölkənin Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşev 2025-ci il üçün qarşılıqlı səfərlər planını müzakirə ediblər.

525.az bu barədə Azərbaycanın Rusiyadakı diplomatik nümayəndəliyinə istinadən xəbər verir.

Yekaterinburqda keçirilən görüşdə tərəflər ticari-investisiya sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi, Azərbaycan və Sverdlovsk vilayətinin şəhərləri arasında qardaşlaşma əlaqələrinin inkişafı məsələlərini müzakirə ediblər.

"Biznes missiyalarının qarşılıqlı səfərlərinin təşkilinə xüsusi diqqət yetirilib", - səfirlikdən vurğulanıb.

 





24.12.2024    çap et  çap et