525.Az

Peskov: Sankt-Peterburqda Putin və Paşinyan arasında ayrıca görüş planlaşdırılmır


 

Peskov: Sankt-Peterburqda Putin və Paşinyan arasında ayrıca görüş planlaşdırılmır<b style="color:red"></b>

Sankt-Peterburqda Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında ayrıca görüşün keçirilməsi planlaşdırılmayıb.

525.az “Report”-a istinadən xəbər verir ki, bunu RF Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, dövlət başçılarının MDB-nin qeyri-rəsmi sammiti çərçivəsində söhbət etmək imkanı olacaq.

Qeyd edək ki, MDB dövlət başçılarının qeyri-rəsmi sammiti dekabrın 25-26-da keçiriləcək.

 





24.12.2024    çap et  çap et