525.Az

İordaniyadan ölkələrinə qayıdan suriyalıların sayı 13 minə yaxınlaşıb


 

İordaniyadan ölkələrinə qayıdan suriyalıların sayı 13 minə yaxınlaşıb<b style="color:red"></b>

Suriyada Əsəd rejiminin devrilməsindən sonra ölkələrinə qayıdan suriyalıların sayı 12 min 800-ə çatıb.

525.az xarici mediaya istinadən xəbər verir ki, İordaniyanın rəsmi televiziya kanalı olan Əl-Mamlaka TV öz xəbərlərində yaxın günlərdə gedənlərin daha da artacağını bildirib.

Xəbərdə Suriya rejiminin süqutundan sonra İordaniyadan ölkəsinə qayıdan suriyalıların sayının 12 min 800-ə çatdığı, ölkələrinə qayıdan suriyalıların yeganə çıxış qapısının Cabir Sərhəd Qapısı olduğu vurğulanıb.

Həmçinin qeyd olunub ki, Daxili İşlər Nazirliyinin Cabir Sərhəd Qapısından giriş-çıxış üçün müəyyən edilmiş şərtlərlə bağlı açıqlaması olub.

Malik Atilay 

 





24.12.2024    çap et  çap et