525.Az

"Çido" qasırğası 94 nəfərin ölümünə səbəb olub


 

"Çido" qasırğası 94 nəfərin ölümünə səbəb olub<b style="color:red"></b>

Mozambikdə "Çido" qasırğası nəticəsində ölənlərin sayı 94-ə yüksəlib. 

525.az xarici KİV-ə istinadən bildirir ki, sürəti saatda 260 kilometrə çatan qasırğada 768 nəfər xəsarət aldığı halda, qasırğadan təxminən 622 min adam zərər çəkib.

Milli Fəlakət Riskinin İdarə Edilməsi və Azaldılması İnstitutu (INGD) dekabrın 15-də Çido qasırğasının ölkənin Hind okeanı sahillərini vurduğunu açıqlayıb.

Qeyd edək ki, qasırğa nəticəsində həyatını itirənlərin sayı 94-ə yüksəlib.

Malik Atilay 

 





24.12.2024    çap et  çap et