525.Az

Vanuatudakı 7,3 bal gücündə zəlzələdə ölənlərin sayı 14-ə çatıb.


 

Vanuatudakı 7,3 bal gücündə zəlzələdə ölənlərin sayı 14-ə çatıb.<b style="color:red"></b>

Sakit okeandakı ada ölkələrindən biri olan Vanuatuda dünən baş verən 7,3 bal gücündə zəlzələdə ölənlərin sayının 14-ə yüksəldiyi bildirilib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (IFRC) rəsmisi Katie Greenwood sosial media hesabından verdiyi açıqlamada zəlzələdən zərər çəkənlər üçün axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.

İlk yardım, sığınacaq, su kimi ehtiyacların olduğunu vurğulayan Greenwood zəlzələdə ölənlərin sayının 14-ə yüksəldiyini və 200 nəfərin müalicə olunduğunu bildirib.

Digər tərəfdən, IFRC-nin baş katibi Caqan Çapaqain X platformasındakı hesabında etdiyi şərhdə Vanuatuda baş verən zəlzələdən narahat olduğunu və ölkədə Qırmızı Xaç ofisi və uçuş zolaqları kimi bəzi mühüm infrastrukturların zədələndiyini bildirib.

Çapaqain, Qırmızı Xaç qruplarının yardım səylərinə hazır olduğunu bildirib.

Bildirilib ki, dünən Vanuatuda, paytaxt Port Vila sahillərindən 30 kilometr aralıda, təxminən 57 kilometr dərinlikdə 7,3 bal gücündə zəlzələ baş verib.

Qeyd edək ki, zəlzələdən sonra verilən sunami xəbərdarlığı daha sonra ləğv edilib.

Malik Atilay 

 





23.12.2024    çap et  çap et