Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin tapşırığı ilə Aktau yaxınlığında baş vermiş təyyarə qəzası ilə bağlı Dövlət Komissiyası yaradılıb.
525.az xəbər verir ki, bu barədə “Kazinform” məlumat yayıb.
Dövlət Komissiyasına Baş nazirin müavini Kanat Bozumbayev rəhbərlik edəcək. O, artıq Aktauya yola düşüb.
Tokayev həmçinin Astanadan Aktauya həkimlərin göndərilməsini və zərərçəkənlərə bütün lazımi yardımların göstərilməsini tapşırıb.
Xatırladaq ki, Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktaunun 3 kilomterliyinə qəza enişi edib.
Təyyarənin göyərtəsində 67 sərnişin, eləcə də 5 ekipaj üzvü olub.
Təyyarədəki sərnişinlərdən 37-si Azərbaycan, 6-sı Qazaxıstan, 3-ü Qırğızıstan, 16-sı isə Rusiya vətəndaşı olub.
İlkin məlumata görə, qəza nəticəsində 25 nəfər sağ qalıb.
İbrahim Cəfərov
çap et