525.Az

İsrail HƏMAS-a 36 saat vaxt verdi


 

İsrail HƏMAS-a 36 saat vaxt verdi<b style="color:red"></b>

İsrail HƏMAS Hərəkatına 36 saat vaxt verib.

Lent.az-ın “korrespondent.net” saytına istinadən verdiyi məlumata görə, İsrailin maliyyə naziri Yuval Ştaynits deyib ki, əgər bu müddət başa çatana qədər HƏMAS Hərəkatı Qəzza sektorundan raket atmağı dayandırmazsa, İsrail hərbi əməliyyatları genişləndirəcək.

Yuval Ştaynits bildirib ki, HƏMAS İsrail ərazisini atəşə tutmağı və Qəzza sektoruna qanunsuz silah gətirməyi dayandırmazsa, məsələ tamamilə hərbi yolla həll ediləcək: “Biz iki yol ayrıcındayıq. Bizi ya vəziyyətin stabilləşməsi, ya da məsələnin tam hərbi həllini nəzərdə tutan əməliyyatların gücləndirilməsi gözləyir”.

 





19.11.2012    çap et  çap et