525.Az

Norveçdə bütün qatarların hərəkəti dayandırılıb


 

Norveçdə bütün qatarların hərəkəti dayandırılıb<b style="color:red"></b>

Bu gün səhər yerli vaxtla 7:55-də (Bakı vaxtilə 10:55) ölkə ərazisində bütün qatarların hərəkəti dayandırılıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Norveçin Dəmiryolu Hərəkətinin İdarəetməsi və İnkişafı Dövlət Agentliyi ("Bane Nor") məlumat yayıb.

Qatarların hərəkətinin dayandırılmasına səbəb idarəetmə sistemindəki problem olub. Əksər qatarların maşinistləri ilə dispetçer xidməti arasındakı anlaşmazlıqlar üzə çıxdıqdan sonra bu qərar verilib.

Bəzi şəhərlərdə vəziyyətdən çıxış yolu kimi avtobus xətlərinə əlavə avtobuslar buraxılıb. 

"Bane Nor" bir çox sərnişinləri təyinat məntəqələrinə taksi ilə göndərib. Bəzilərini isə hərəkət bərpa olunana kimi mehmanxanalara yerləşdirib.

Qeyd edək ki, agentliyin mətbuat xidmətinin rəhbəri Osteyn Stavdal Poulsen yerli mətbuata açıqlamasında problemin proqram təminatında baş verdiyini bildirib.

L.Tağıyeva

 





25.12.2024    çap et  çap et