525.Az

Davudoğlunun korteji Bağdadda qəzaya uğrayıb


 

Davudoğlunun korteji Bağdadda qəzaya uğrayıb<b style="color:red"></b> Türkiyənin baş naziri Əhməd Davudoğlunun avtomobil karvanı İraqın paytaxtı Bağdadda qəzaya uğrayıb.
 

APA-nın Anadolu agentliyinə istinadən verdiyi xəbərə görə, kortej  Bağdad Beynəlxalq Hava Limanından şəhər mərkəzinə yollanarkən, avtomobil karvanında olan nəqliyyat vasitələrindən biri idarəetməni itirib, nəticədə qəza baş verib.
 
Qəza nəticəsində iki nəfər – türkiyəli ofisiant Loğman Candemir və iraqlı sürücü xəsarət alıb xəsarət alıb.
 
Nazirin səhiyyə xidməti xəsarət alanlara ilkin təcili tibbi yardım göstərdikdən sonra onlar İbn Sina Xəstəxanasına yerləşdirilib.
 
Türkiyənin baş nazir Əhməd Davudoğlu iraqlı həmkarı Heydər Əl Ibadi ilə birgə mətbuat konfransından sonra yaralıları xəstəxanada ziyarət ediblər. Xəsarət alanlar daha sonra tibb təyyarəsi ilə Bağdaddan Ankaraya gətirilərək Ankara Atatürk Xəstəxanasına yerləşdiriliblər.
 
Hazırda yaralıların vəziyyətinin nəzarət altında olduğu bildirilir.
 





21.11.2014    çap et  çap et