525.Az

AFFA Birinci Liqa klubuna texniki məğlubiyyət verdi


 

AFFA Birinci Liqa klubuna texniki məğlubiyyət verdi<b style="color:red"></b>

AFFA Birinci Liqada yarışan kluba texniki məğlubiyyət verib.

525.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin bu gün çıxardığı qərarda bildirilib.

Qeyd olunub ki, dekabrın 24-ü Birinci Liqada 11-ci turun “Difai” – MOİK oyununun 90+3-cü dəqiqəsində “Difai” komandasının heyətində adı matçın protokolunda olmayan 10 nömrəli futbolçu Tahir Zeynalov oyuna daxil olub.

Bu səbəbdən “Difai” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib. Klub 400 manat cərimə edilib.

Qeyd edək ki, sözügedən matçda MOİK 1:0 hesablı qələbə qazanıb.

 





26.12.2024    çap et  çap et