525.Az

Bosfor boğazından gəmilərin keçidi dayandırılıb


 

Bosfor boğazından gəmilərin keçidi dayandırılıb<b style="color:red"></b>

Rusiyaya gedən tankerdə nasazlıq səbəbindən Bosfordan gəmilərin hər iki istiqamətdə tranziti müvəqqəti olaraq dayandırılıb.

525.az “Report” a istinadən xəbər verir ki, bu barədə ölkənin Nəqliyyat Nazirliyi məlumat yayıb.

"Türkiyənin Yalova limanından Rusiyaya gedən “Cordelia Moon” tankerində yaranan texniki nasazlıq səbəbindən Bosfordan gəmilərin hər iki istiqamətdə tranziti müvəqqəti olaraq dayandırılıb", - məlumatda bildirilib.

İzləmə portallarının açıq məlumatlarına görə, Panama bayrağı altında üzən 274 metr uzunluğunda tanker Novorossiyskə gedirmiş.

 





26.12.2024    çap et  çap et