525.Az

İranda neft emalı zavodunda yanğın olub


 

İranda neft emalı zavodunda yanğın olub<b style="color:red"></b>

İranın cənubunda Xuzistan əyalətinin Abadan şəhərində neft emalı zavodunda boruların yerləşdiyi ərazidə yanğın olub.

525.az “Report” a istinadən xəbər verir ki, məlumatı “Borna.news” yayıb.

Bildirilib ki, hadisə dekabrın 26-da baş verib.

Abadan neft emalı zavodunun əməliyyat meneceri Seyid Məhəmməd Taharinin sözlərinə görə, müəssisədə ötürücü və istehsal işləri tam gücü ilə fasiləsiz işləyir: “Yanğın heç bir problem yaratmayıb”.

Menecer qeyd edib ki, yanğın söndürülüb.

 





26.12.2024    çap et  çap et