525.Az

İsrail aviaşirkəti Azərbaycan təyyarəsinin qəzaya uğramasından sonra Moskvaya uçuşları dayandırıb


 

İsrail aviaşirkəti Azərbaycan təyyarəsinin qəzaya uğramasından sonra Moskvaya uçuşları dayandırıb<b style="color:red"></b>

İsrail aviaşirkəti Azərbaycan təyyarəsinin qəzaya uğramasından sonra Tel-Əvivdən Moskvaya uçuşları dayandırıb.

Bu barədə aviaşirkətin mətbuat xidmətindən "9-cu Kanal"a məlumat verilib.

"Rusiyanın hava məkanında baş verən hadisələrlə əlaqədar olaraq "El-Al" Tel-Əviv — Moskva marşrutu üzrə bütün reysləri dayandırır", — məlumatda deyilir.

Qeyd edilib ki, gələn həftə vəziyyətin yenidən qiymətləndirilməsi aparılacaq, daha sonra uçuşların bərpası barədə qərar qəbul ediləcək və sərnişinlər tezliklə xəbərdar ediləcəklər.

Qeyd edək ki, dekabrın 25-də Qazaxıstanda Bakıdan Qroznıya uçan AZAL-ın sərnişin təyyarəsi qəzaya uğrayıb, nəticədə 38 nəfər ölüb. (APA)

 





26.12.2024    çap et  çap et