525.Az

Sudanda 24 milyondan çox insan ərzaq çatışmazlığından əziyyət çəkir


 

Sudanda 24 milyondan çox insan ərzaq çatışmazlığından əziyyət çəkir <b style="color:red"></b>

Bu barədə BMT-nin mətbuat xidmətinin yaydığı açıqlamada bildirilir.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, 20 aydır ölkədə davam edən silahlı qarşıdurma 24,5 milyon vətəndaşı aclıqla üz-üzə qoyub.
Onlardan 600 mininin düşdüyü vəziyyət həddən artıq ağırdır.

Silahlı qarşıdurmalar əhalisi əziyyət çəkən bölgələrə humanitar yardım çatdırılmasına imkan vermir. Bundan başqa böyük ölçüdə kənd təsərrüfatı sahələri münaqişə bölgəsinə aid olduğundan kəndlilərin əkin-biçinlə məşğul olması da mümkün deyil.

Qeyd edək ki, hazırda Sudan vətəndaş müharibəsi vəziyyətindədir. 2023-cü ilin 15 aprelində başlayan konfliktdə əsas tərəflər hökümətə tabe olan Hərbi  Qüvvələrlə müxalif durumda olan Çevik Qüvvələrdi.

L.Tağıyeva

 





26.12.2024    çap et  çap et