525.Az

Azərbaycan idmançıları 2024-cü ildə beynəlxalq yarışlarda rekord sayda medal qazanıblar


 

Azərbaycan idmançıları 2024-cü ildə beynəlxalq yarışlarda rekord sayda medal qazanıblar<b style="color:red"></b>

Azərbaycan idmançıları Avropa və dünya çempionatlarında, kubok yarışlarında, digər rəsmi beynəlxalq turnirlərdə ümumilikdə 1718 medal qazanıblar.

525.az-a bu barədə Gənclər və İdman Nazirliyindən məlumat verilib.

Bu, Azərbaycan idmanı tarixində yeni rekord göstəricidir.

Mükafatların 666-sı qızıl, 465-i gümüş, 587-si bürünc medaldır. Olimpiya idman növlərində 827, qeyri-Olimpiya növlərində 854, paralimpiya idman növlərində isə 37 medal əldə edilib.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi tərəfindən il ərzində Azərbaycan idmançılarının 266 beynəlxalq yarışda və 103 təlim-məşq toplanışında iştirakı təmin olunub.

 





27.12.2024    çap et  çap et