Peru hökuməti ölkənin şimalındakı Petroperu neft emalı terminalında neft sızması səbəbindən 90 günlük fövqəladə vəziyyət elan edib.
525.az xəbər verir ki, bu barədə “El Tiempo” nəşri məlumat yayıb.
Ətraf Mühit Nazirliyinin rəsmiləri bildiriblər ki, bu addım ətraf mühitin çirklənməsinin təsirini minimuma endirmək üçün lazım olan bərpa və reabilitasiya səylərini əlaqələndirmək məqsədi ilə atılıb.
Fəaliyyət planına sızmaların qarşısının alınması, çirklənmiş ərazilərin və su səthlərinin təmizlənməsi və bərpası daxildir.
Məlumata görə, neftin sızması Perunun şimal sahillərində ən azı 7 çimərliyə təsir edib. Milli meşələr və vəhşi təbiət xidməti artıq hadisə zamanı yaralanmış ola biləcək heyvanları və quşları xilas etmək üçün qruplar göndərib.
Həmçinin artıq insidentlə bağlı prokurorluq ilkin araşdırmaya başlayıb.
İbrahim Cəfərov
çap et