525.Az

Ermənistan Rusiya ilə aviaəlaqəni məhdudlaşdırmağı planlaşdırmır


 

Ermənistan Rusiya ilə aviaəlaqəni məhdudlaşdırmağı planlaşdırmır<b style="color:red"></b>

Ermənistan hakimiyyəti AZAL-ın təyyarəsinin qəzaya uğramasından sonra aviaşirkətlərin Rusiyaya mülki reyslərini ləğv etməyi planlaşdırmır.

525.az “Report” a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin mətbuat katibi Sona Arutyunyan bildirib.

“Hazırda belə bir şey planlaşdırılmır”, - o deyib.

Ermənistan aviaşirkətlərinin nümayəndələri həmçinin bildiriblər ki, Rusiyaya uçuşların qrafikində heç bir dəyişiklik yoxdur.

Xatırladaq ki, dekabrın 25-də AZAL-a məxsus olan və Bakıdan Qroznıya uçan “Embraer” təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 67 nəfər olub, onlardan 38-i ölüb, 29-u sağ qalıb.

 





27.12.2024    çap et  çap et