525.Az

London-Paris qatarının sərnişinləri iki saatdan çox vaxtda La Manş tunelində qalıb


 

London-Paris qatarının sərnişinləri iki saatdan çox vaxtda La Manş tunelində qalıb<b style="color:red"></b>

Londondan Parisə gedən “Eurostar” qatarının sərnişinləri texniki nasazlıq səbəbindən iki saat yarım ərzində La Manş boğazı altından keçən Avrotuneldə qalıblar.

525.az “Report”-a istinadən xəbər verir ki, bu barədə “The Independent” qəzeti məlumat yayıb.

Qatar Sent Pankras stansiyasından yola düşüb və iki saat yarımdan az vaxta Parisdəki Şimal vağzalına çatmalı idi. Lakin yola düşəndən bir saat sonra qatar tuneldə qalıb. Texniki nasazlıq səbəbindən uzun müddət gözlədilən sərnişinlər ən sonda Kaleyə aparılıb və orada başqa qatara mindirilib.

Qeyd olunur ki, onlar Parisə qrafikdən 6 saat gec gələcəklər.

 





27.12.2024    çap et  çap et