525.Az

Yaponiyada zəlzələ oldu


 

Yaponiyada zəlzələ oldu<b style="color:red"></b>

Bu gecə Yaponiya sahillərində Honsü adasının yaxınlığında 5,7 bal gücündə zəlzələ baş verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, zəlzələnin episentri 428 min əhalisi olan Yokosuka şəhərinin şimal-şərqində yerləşib. Zəlzələnin ocağı isə 10 km dərinlikdə qeydə alınıb.

Yeri gəlmişkən, zəlzələ dağıntı və tələfata səbəb olmayıb. Sunami xəbərdarlığı olunmayıb.

L.Tağıyeva

 





27.12.2024    çap et  çap et