525.Az

Zəngilanda “KOB Fest” sərgi-satış yarmarkası keçirilib


 

Zəngilanda “KOB Fest” sərgi-satış yarmarkası keçirilib<b style="color:red"></b>

2024-cü ilin sonuncu, sayca 10-cu “KOB Fest” sərgi-satış yarmarkası Zəngilan rayonunun Ağalı kəndində keçirilib.

525.az-a bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) məlumat verilib.

Bildirilib ki, yarmarkada Zəngilan, eləcə də ətraf şəhər və rayonlardan olan 60-a yaxın KOB subyektinin qida və qeyri-qida məhsulları, sənətkarların və yaradıcı şəxslərin əl işləri təqdim edilib və satışı həyata keçirilib.

Qeyd edək ki, 2024-cü il ərzində “KOB Fest” sərgi-satış yarmarkaları Bakıda, Göygöldə, Şəkidə, Gəncədə, Masallıda, Naxçıvanda, Zaqatalada, Xaçmazda, Göyçayda və Zəngilanda təşkil edilib. Bu yarmarkalarda ümumilikdə 440-a yaxın KOB subyekti və yaradıcı şəxslərin məhsul və xidmətləri təqdim olunub. “KOB FEST” sərgi-satış yarmarkaları regionlarda fəaliyyət göstərən mikro və kiçik sahibkarların istehsal etdiyi məhsul və xidmətlərin tanıdılması, satışına dəstək olmaq məqsədilə keçirilib. Yarmarka KOB-ların satış imkanlarını genişləndirməklə yanaşı, sahibkarların yeni əməkdaşlıqlar qurması, satış bacarıqlarının inkişaf etdirilməsinə də öz töhfəsini verib.

 





28.12.2024    çap et  çap et