525.Az

FHN Sabunçudakı yanğınla bağlı məlumat yaydı


 

FHN Sabunçudakı yanğınla bağlı məlumat yaydı<b style="color:red"></b> Bakı şəhəri, Sabunçu rayonunda yanğın hadisəsi baş verib.
 
525.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Sabunçu rayonunda ayrı-ayrı vətəndaşlara məxsus sahəsi 50 kv.m olan ev əşyaları satışı mağazasının yanar konstruksiyaları, o cümlədən sahəsi 50 kv.m olan mağazanın yanar konstruksiyaları və içərisində satış üçün nəzərdə tutulmuş mebellər, 25 kv.m olan taxta konstruksiyalı tikili yanmış və ona  bitişik mağazanın lambirdən ibarət tavanı 50 kv.m sahədə yüksək temperaturdan  ərimişdir.

Yanğın FHN-nin yanğınsöndürənləri tərəfindən söndürülüb.
 





21.11.2014    çap et  çap et