525.Az

321 sürücü cərimələndi


 

321 sürücü cərimələndi<b style="color:red"></b> "Son 7 gündə ölkə ərazisində 321 sürücü pərdə və plyonkadan istifadə etdiyinə görə cərimələnib".
 

Baş Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə şöbəsinin rəisi Kamran Əliyev APA-nın sorğusuna cavabında bildirib ki, pərdə və plyonkaların istifadəsi qanunla nəzərdə tutulan icazə müddətinin bitdiyi vaxtdan, yəni noyabrın 16-dan bu günə qədər respublika ərazisində 321 sürücü pərdə və plyonkalardan istifadə etdiyinə görə cəzalanıb. Baş verən qanun pozuntularının 159-u paytaxt Bakının payında düşür.
 
K. Əliyev sürücülərə müraciətində bildirib ki, noyabrın 16-dan pərdə və plyonkaların icazə verilən istifadə  müddəti bitdiyinə görə, sürücülərin bunu nəzərə almaları və bu kimi qanun pozuntusuna yol verməməyi məsləhət görür:
 
”Bu kimi qanun pozuntusu edən şəxslər  İnzibati Xətalar Məcəlləsinin 155.2.4 maddəsinin tələbinə əsasən məsuliyyətə cəlb ediləcək və  yüz əlli manat miqdarında cərimə olunacaqlar“.
 





21.11.2014    çap et  çap et