525.Az

Fransızların Makrona inamı ən aşağı səviyyəyə düşüb


 

Fransızların Makrona inamı ən aşağı <b style="color:red"> səviyyəyə düşüb</b>

Fransa xalqının prezident Emmanuel Makrona inamı 2018-ci ildən etibarən ən aşağı səviyyəyə düşüb.

525.az xəbər verir ki, bu barədə “RİA Novosti” “Toluna Harris Interactive” tədqiqat şirkətinin sorğusunun nəticələrinə istinadən məlumat yayıb.

“Makrona etimad səviyyəsi indi 31% təşkil edir. Prezidentə etimad səviyyəsi sentyabr ayından (mənfi 5 faiz) azalmaqda davam edir və 2018-ci ilin dekabr ayından, yəni “sarı jiletlilər” hərəkatı ilə bağlı gərginlik dövründən bu yana ən aşağı səviyyəyə çatıb və 31% təşkil edib”, - sorğunun nəticələri ilə bağlı açıqlamada belə deyilir.

Artan inamsızlığın əsas səbəbləri arasında fransızlar Makronun Fransanın gələcəyi ilə bağlı dəqiq strategiyasının olmamasını qeyd ediblər. Həmçinin bildirilir ki, onun “anlaşılmaz qərarları”, o cümlədən yayda parlamentin buraxılması da etimadın azalmasına səbəb olub. Eləcə də, respondentlər hesab edirlər ki, Makron fransızlardan çox təcrid olunub.

İbrahim Cəfərov

 





29.12.2024    çap et  çap et