525.Az

2024-cü il uşaqlar üçün ən pis illərdən biridir - BMT


 

2024-cü il uşaqlar üçün ən pis illərdən biridir - <b style="color:red"> BMT</b>

2024-cü il dünyada uşaqlar üçün ən pis illərdən birinə çevrilib, çünki 473 milyon uşaq (və ya hər altı uşaqdan biri) müharibə zonalarında yaşayır.

525.az xəbər verir ki, bu barədə BMT-nin Uşaq Agentliyinin (UNICEF) saytı məlumat yayıb.

Təşkilat nümayəndələrinin fikrincə, həm azyaşlıların sayına, həm də onların həyatına təsir səviyyəsinə görə bu il uşaqlar üçün ən pis illərdən biri olub.

Qeyd olunub ki, müharibə zonalarında yaşayan uşaqlarla bağlı rəqəm 1990-cı illərlə müqayisədə təxminən iki dəfə artıb - 10%-dən indiki 19%-ə çatıb.

Bundan əvvəl UNİCEF-in icraçı direktoru Ketrin Rassel Qəzza zolağında 48 gün davam edən hücumlarda 5300-dən çox fələstinli uşağın öldürüldüyünü bildirmişdi.

İbrahim Cəfərov

 





29.12.2024    çap et  çap et