Gürcüstan Prezidenti Mixeil Kavelaşvili hüquqşünas Ketevan Kvinikadzeni administrasiyasının rəhbəri vəzifəsinə təyin edib.
525.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə məlumat parlamentin mətbuat xidməti tərəfindən paylaşılıb.
Məlumata əsasən, Kvinikadze 2021-ci ildən Gürcüstan parlamentinin aparat rəhbəri vəzifəsində çalışıb. Bundan əvvəl isə o, Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti administrasiyasının rəhbəri və Ali Ədliyyə Məktəbinin direktor müavini vəzifələrində fəaliyyət göstərib.
Qeyd edək ki, bu gün Gürcüstan parlamentində Mixeil Kavelaşvilinin andiçmə mərasimi keçirilib. O, dekabrın 14-də Seçicilər Kollegiyası tərəfindən beş illik müddətə prezident seçilib.
Qoşqar Bəylərov
çap et