525.Az

Almaniyada supermarketə qaz sızdı - 41 nəfər zəhərləndi


 

Almaniyada supermarketə qaz sızdı - <b style="color:red">41 nəfər zəhərləndi</b>

Almaniyanın Valdhaym şəhərində "Kaufland" supermarketinə naməlum qaz sızması nəticəsində 41 nəfər zəhərlənib.

525.az Almaniya mediasına istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında baş verib.

Ürək bulanması və nəfəs yollarının qıcıqlanmasından əziyyət çəkən alıcılar və xidmət personalı supermarketi dərhal tərk edib. 41 nəfərdən 15-i xəstəxanaya yerləşdirilib.

Polis baş verən hadisə ilə bağlı araşdırma aparır. Həmçinin, zəhərli qazın tərkibi və supermarketə hansı yolla daxil olması müəyyənləşdirilir.

L.Tağıyeva

 





29.12.2024    çap et  çap et