525.Az

Xorvatiyada prezident seçkiləri


 

Xorvatiyada prezident seçkiləri<b style="color:red"></b>

Xorvatiyada qeydiyyatdan keçmiş 3,7 milyon seçici növbəti 5 il ərzində vəzifəsini icra edəcək yeni prezidenti müəyyən etmək üçün səs verəcəklər.

525.az xarici mediaya əsasən xəbər verir ki, Avropa İttifaqı (Aİ) və NATO üzvü Xorvatiyada keçirilən 8-ci prezident seçkilərində insanlar sabah yerli vaxtla saat 07.00-19.00 arasında seçki məntəqələrinə gedərək səslərini verəcəklər.

8 namizədin mübarizə apardığı prezident seçkilərində Sosial Demokrat Partiyasının (SDP) dəstəklədiyi hazırkı prezident Zoran Milanoviç və iqtidar sağ mərkəzçi Xorvatiya Demokratik İttifaqının (HDZ) namizədi, keçmiş təhsil naziri Draqan Primoraç digər namizədlərə nisbətdə üstün görünür. 

Qeyd edək ki, Xorvatiyada keçirilən sorğulara görə, Milanoviç və Primorakın seçkinin ikinci turuna keçə biləcəyi bildirilir.

Malik Atilay 

 





29.12.2024    çap et  çap et